Şəfəqə Doğru » Gündəm » Bin Ladenin yeni qanlı planları üzə çıxdı – Məxfi dosye açıldı

Bin Ladenin yeni qanlı planları üzə çıxdı – Məxfi dosye açıldı

Bin Ladenin yeni qanlı planları üzə çıxdı – Məxfi dosye açıldı

"Əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin 11 sentyabra bənzər növbəti hücumu planlaşdırdığı məlum olub.

Shafaqadogru.com Teleqraf.com-a isdinadən  xəbər verir ki, bin Ladenin terror planını 11 sentyabr hadisəsindən qısa müddət sonra keçirmək istədiyi bildirilib.

İddia bin Ladeni öldürən ABŞ xüsusi təyinatlılarının onun gizləndiyi evdən əldə etdiyi sənədlərə əsaslanır. Beləliklə, sözügedən sənədlərdə yer alan məlumatlar illər sonra ictimaiyyətə açıqlanıb. "Əl-Qaidə” liderinin qanlı planı "Bin Laden sənədləri” adlı kitabda da yer alıb.

Yeni hücum planlarını ehtiva edən sənədlər 2017-ci ildən bəri məxfilikdən çıxarılıb, amma indiyədək tərcümə olunmayıb.

"Daily Mail” qəzetinin məlumatına görə, Bin Laden 11 sentyabr hadisələrindən sonra sərnişin təyyarələri və qatarların hədəfə alındığı planları ilə ABŞ-a növbəti hücumları etməyi planlaşdırıb.

Nelli Laxudun yazdığı kitabda bin Ladenin əsas məqsədi "Vyetnam müharibəsinə bənzər etiraz dalğası yaratmaq” kimi xarakterizə olunub.

Müəllif kitabına bin Ladenin məktublarını da daxil edib.

Bin Laden 2005-ci il tarixli məktubunda yazıb ki, "Əl-Qaidə” ABŞ-a hücumlara üstünlük verməlidir, əsasən Corc Buşa səs verən ştatlar hədəfə alınmalıdır.

Laxud CBS telekanalına müsahibəsində deyib: "O, qatarın relsdən çıxarılması üçün 12 metrlik polad relsin sökülməsini istəyib və bunun necə ediləcəyini izah edib”.

Bin Laden və "Əl-Qaidə” 1990-cı illərdə həyata keçirdikləri hücumlarla adlarını dünyaya tanıtmağa başlayıb, amma onların əsl tanınması 3000 insanın həyatını itirdiyi 11 sentyabr hücumları olub.

Səudiyyə Ərəbistanında doğulan Üsamə bin Laden o dövrdə dünyada ən çox axtarılan şəxs idi.

11 sentyabr hücumlarından sonra bütün dünyada uçuşlara nəzarət gücləndirilib. Hətta hava limanlarında və təyyarələrdə təhlükəsizliyi təmin etmək üçün ABŞ-da Nəqliyyat Təhlükəsizliyi İdarəsi yaradılıb.