"Mən də sizinlə eyni fikirdəyəm. Səfirlərin vəzifəsi həmin ölkədə çalışmaq olub. Ancaq bəzi rəsmilər buna maneçilik törədib. Bu baxımdan "Ramiz Mehdiyev türk düşmənidir” ifadəsini işlədə bilərəm”.
Shafaqadogru.com "Bizim.Media” -yaya isdinadən xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Ankara şəhərində hüquqşünas Aslan İsmayılovun "Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı" kitabının təqdimatında çıxışı zamanı deyib.
"O vaxtlar da bunu deyirdim. Ramiz Mehdiyev bizim illərimizi əlimizdən aldı. Mən isə bir millətin səfiri olmağa çalışdım”, - deyə o, əlavə edib.
Xatırladaq ki, Hulusi Kılıç 2008–2012-ci illərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.