Şəfəqə Doğru » Gündəm » Zelenskinin ofisinə hücum olub – Ailəsi də orada imiş

Zelenskinin ofisinə hücum olub – Ailəsi də orada imiş

Zelenskinin ofisinə hücum olub – Ailəsi də orada imiş
Müharibənin ilk saatlarında rus qoşunları Ukraynanın hökumət məhəlləsinə çataraq Prezident Aparatına basqın etməyə cəhd ediblər. Həmin vaxt Ukrayna prezidenti Volodimir Zelenski birinci xanım Yelena Zelenskaya və onların uşaqları ilə birlikdə orada olub.
Shafaqadogru.com  yeniavaz.com-a istinadla xəbər verir ki, V. Zelenski bu barədə "Time” jurnalına müsahibəsində danışıb.
O bildirib ki, müharibənin ilk günündə Prezident Aparatının məsul işçiləri tapdıqları hər şeylə binanı qorumağa çalışırdılar. Ukrayna hərbçiləri isə küçələrdə rus işğalçılarına qarşı döyüşüb.
Məlum olub ki, rus qoşunları paraşütlə Kiyevin mərkəzinə daxil olub və cəmi bir neçə dəqiqə ərzində prezident administrasiyasına çatıb. Prezident Ofisinin içərisində atışma səsləri eşidilib.
Bildirilib ki, rus qruplarının məqsədi Volodimir Zelenski və ailəsini öldürmək və ya ələ keçirmək olub. Hökumət məhəlləsi ətrafında atışmalar baş verib. Prezident Ofisinin içindəki mühafizəçilər işıqları söndürərək Zelenski və onun köməkçiləri üçün gülləkeçirməz jiletlər və avtomatlar gətiriblər.
Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç Saymon Şusterə deyib:
"Rusiya qoşunları iki dəfə hücuma cəhd edib”.
Zelenski qeyd edib ki, həmin vaxt həyat yoldaşı və uşaqları orada olub.