Şəfəqə Doğru » Gündəm » Kabayeva hamilədir - Putin depressiyaya düşüb

Kabayeva hamilədir - Putin depressiyaya düşüb

Kabayeva hamilədir - Putin depressiyaya düşüb

Rusiya Prezidenti Vladimir Putinin məşuqəsi olduğu deyilən məşhur gimnast Alina Kabayeva yenidən hamilədir.

 

Shafaqadogru.com Modern.az-a isdinadən  xəbər verir ki, bu barədə Rusiyanın tanınmış siyasi təhlilçisi, Kremlin tənqidçisi Valeri Solovey bildirib.

 

Onun sözlərinə görə, amma uşağın atası Putin deyil: "Buna görə Putinin depressiyaya düşdüyü iddia edilir, çünki Kabayevanın onu aldatmasından narahatdır. Vladimir Putin şahidlərin dediyinə görə, depressiyaya düşüb və bir qədər təmkinli görünür. Bu, başa düşüləndir, dünən Putin öyrəndi ki, onun uzun müddət birgə yaşadığı və uşaqlarının anası Alina Kabaeva onu aldadır”.

 

Daha əvvəl İsveçrə qəzeti Kabayevanın Putindən iki oğul övladı dünyaya gətirdiyini yazmışdı.

 

Xatırladaq ki, Alina Kabayeva Lyudmila Şkrebneva ilə nikahını pozan Prezident Vladimir Putinin məşuqəsi, həmçinin uşaqlarının anası kimi tanınır. Qərb mətbuatı Putinin Ukraynaya hücumundan sonra Kabayevanın İsveçrədə olduğunu iddia edirdi.

 

Kabayeva bədii gimnastika tarixinin ən çox medal qazanan gimnastlarından biridir. O, iki dəfə olimpiya çempionu olub, 14 dünya çempionatında və 21 Avropa çempionatında medal qazanıb. Bundan əlavə, Kabayeva "Rusiyanın ən çevik qadını” ləqəbini alıb.

 

2008-ci ildə Rusiyanın "Moskovski korrespondent” qəzeti Putinin həyat yoldaşından boşandığını və Kabayeva ilə evlənməyə hazırlaşdığını yazmışdı. O zaman məlumat Kreml tərəfindən təkzib edilmiş, adıçəkilən qəzet müəmmalı şəkildə bağlanmışdı.