Şəfəqə Doğru » Gündəm » Saakaşvili gecə saatlarında həbsxanadan çıxarıldı

Saakaşvili gecə saatlarında həbsxanadan çıxarıldı

Saakaşvili gecə saatlarında həbsxanadan çıxarıldı

Gürcüstanda həbsdə olan sabiq prezident Mixail Saakaşvili Rustavi həbsxanasından paytaxt Tiflisə aparılıb.

Teleqraf.com xəbər verir ki, son bir neçə gündə səhhəti pisləşən və huşunu itirən Saakaşvili gecə saatlarında həbsxanadan Tiflisdəki "Viva Med” klinikasına köçürülüb.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 9 il sonra gəldiyi ölkəsində parlament seçkilərinə bir gün qalmış, 2021-ci il oktyabrın 1-də Tiflisdə saxlanılıb. Daha sonra Rustavidəki 12 saylı həbsxanaya aparılıb.

Gürcüstan prokurorluğu müxalifətin mitinqini zorakı yolla dağıtmaqda, "İmedi” telekanalının təsisçisi Badri Patarkaçişvilinin əmlakını müsadirə etməkdə, korrupsiyada və vəzifə səlahiyyətlərindən sui-istifadədə, deputatı döyməkdə ittiham olunan Saakaşvilinin həbsinə order verib. Tiflis Şəhər Məhkəməsi həmçinin Saakaşvilini 2018-ci ildə qətl işi üzrə amnistiyadan sui-istifadə etdiyinə görə 3 il müddətinə azadlıqdan məhrum edib.

Saakaşvili 2020-ci ildən Ukrayna İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışırdı.