Xəbər verdiyimiz kimi, may ayının 16-da İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşı Mircavad Mircəlal oğlu Musayevi güllələyərək öldürüb. Mayın 18-də onun cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib.
Shafaqadogru.com Hit.az-a isdinadən xəbər verir ki, Mircavad Musayev bu gün Şabran şəhər qəbristanlığında dəfn edilibAtası pensiyaçı olan gənc hərbi xidmətdə də olub. Təxminən 5 aydır ki, onun Bakıya, iş dalınca getdiyi bildirilir.
Qeyd edək ki, hadisə ilə bağlı məlumatı Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi yayıb.
.