Şəfəqə Doğru » Gündəm » Serj Sarkisyandan sensasion etiraf:“Qarabağ artıq tarixə qovuşub”

Serj Sarkisyandan sensasion etiraf:“Qarabağ artıq tarixə qovuşub”

Serj Sarkisyandan sensasion etiraf:“Qarabağ artıq tarixə qovuşub”

Ermənistanın sabiq  prezidenti  Serj Sarkisyan Brusseldə  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşünə münasibət bildirib. Shafaqadogru.com  xəbər verir ki, Serj Sarkisyan bu görüşü şərh edərkən bildirib ki, "Qarabağ ermənilər üçün artıq tarixə qovuşub”.

"Nikol Paşinyan hökuməti Ermənistanı uçurma sürüklədi və buna tam nail oldu. Artıq Qarabağ yoxdur. Tezliklə bu xəyanətkar hökumət başqa əraziləri də Azərbaycana verəcək” – deyə Serj Sarkisyan bildirib.