Şəfəqə Doğru » Gündəm » Qərbdən Ermənistana mesaj: Bu əraziləri Azərbaycana qaytar və yaşa…

Qərbdən Ermənistana mesaj: Bu əraziləri Azərbaycana qaytar və yaşa…

Qərbdən Ermənistana mesaj: Bu əraziləri Azərbaycana qaytar və yaşa…

Erməni deputat Andranik Tjanyan Brüsseldə keçirilən Əliyev-Paşinyan-Mişel üçtərəfli görüşünün nəticələri belə sıralayıb:

1. Danışıqlar Azərbaycanın təqdim etdiyi 5 prinsip çərçivəsində aparılıb. Qarabağın statusundan söhbət belə getməyib, heç müzakirə olunmayıb.

2․ "Dağlıq Qarabağ” və "Qarabağ münaqişəsi” terminləri danışıqlar lüğətindən çıxarılıb.

3. Anklavlar məsələsi kifayət qədər çaşqın, gizli şəkil alıb, dəhliz məsələsinə isə aydınlıq gətirilib. Gorus-Qafan yolunun 21 km-lik hissəsindən Ermənistanın yük daşımalarından problemsiz istifadə etməsi qərarlaşdırılıb. Analoji addım Kərki, Bağanis Ayrım, Yuxarı Əskipara istiqamətində də atılacaq. Yəni, həmin kəndlər Azərbaycana veriləcək, orada da Azərbaycan tərəfi gömrük postu quracaq, lakin erməni maşınlarına maneə yaradılmayacaq.

4. Qərb Rusiyanın nəinki danışıqlardan, ümumiyyətlə, Qafqazdan çıxarmaq istəyir. Bölgədəki rus sülhməramlılarına isə mandat verilməyəcək.

5․Qərb, Türkiyə və Azərbaycan Ermənistanın daxili siyasi həyatında dəyişikliklərə qədər Nikol Paşinyandan bütün güzəştləri almağa tələsir. Sülh danışıqları, sərhədlərin müəyyən edilməsi məsələsində dəqiq qrafik işlənilib və sürətlə həyata keçiriləcək.

6. "Xalqları sülhə hazırlamaq” isə o deməkdir ki, tezliklə Ermənistanda bu şüarları eşidəcəyik: "Torpaqları verək, sülh içində yaşayaq”, "Qarabağı təslim et, sülh içində yaşa”, "Türk bizim qonşumuzdur, ruslar bizə həmişə mane olub”, "Azərbaycanın sərhəddini aç, yaxşı yaşa”, "Ermənistan güclənəcək”.