Şəfəqə Doğru » Gündəm » Uşaqların döyüldüyü sığınacağın sahibi keçmiş məmurun qızı imiş...

Uşaqların döyüldüyü sığınacağın sahibi keçmiş məmurun qızı imiş...

Uşaqların döyüldüyü sığınacağın sahibi keçmiş məmurun qızı imiş...

Bakıda uşaqlara aylarla əzab verilən sığınacağın rəhbəri ilə bağlı yeni məlumatlar üzə çıxıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, "Sevgi evi” Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımova Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımovun qızıdır. Zülfü Qasımov Ağdam YAP təşkilatının keçmiş Aparat rəhbəri olub. Sığınacağın rəhbəri Könül Qasımova eyni zamanda, sosial şəbəkələrdə bloqer kimi tanınan, daha çox bloqer Aysel Şükürova ilə birgə videolar çəkən Raul İsgəndərlinin anasıdır.

Xəbəri rus dilində oxuyun: "Он сказал, что Лоту Гули убьёт мою семью" - Кому достались 12 миллионов Ахундова?

Qeyd edək ki, sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılmış C.M-nın (şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib. O cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkar edilib.

Fakta görə cinayət işi başlanıb.