Şəfəqə Doğru » Gündəm » Ermənistan Türkiyənin sonuncu şərtini də QƏBUL ETDİ – “QARABAĞ AZƏRBAYCANDIR” DEDİ VƏ…”

Ermənistan Türkiyənin sonuncu şərtini də QƏBUL ETDİ – “QARABAĞ AZƏRBAYCANDIR” DEDİ VƏ…”

Ermənistan Türkiyənin sonuncu şərtini də QƏBUL ETDİ – “QARABAĞ AZƏRBAYCANDIR” DEDİ VƏ…”

Paşinyanın Türkiyə və Azərbaycanla münasibətləri nomallaşdırmaq kursuna qarşı çıxan revanşist qüvvələrin aksiyaları davam edir.

Shafaqadogru.com  xəbər verir ki, erməni müxalifətinin təmsilçiləri Paşinyanı Türkiyənin bütün şərtlərini qəbul etməkdə ittihamlayıblar.

"5165” Hərəkatının üzvü, İrəvan Dövlət Universitetinin müəllimi Menua Soqomonyan bu gün Fransa meydanında belə bir fikir bildirib ki, Ermənistan hakimiyyəti Türkiyəni razı salmaq və Ankaranın irəli sürdüyü bütün ilkin şərtləri yerinə yetirmək üçün Konstitusiyanı dəyişmək istəyir.

"Konstitusiya dəyişikliklərinin məqsədinin Ermənistan Respublikası Konstitusiyasının preambulasını dəyişdirmək olduğuna dair əsaslı şübhələr var, çünki bu preambulada Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad var, onun 11-ci bəndində "Qərbi Ermənistan ” qeyd olunur: bu, Türkiyənin boğazında ilişib qalmış sümükdür”, – deyə Menua Soqomonyan bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti çoxsaylı həll olunmamış problemləri həll etməyərək, onun irəli sürdüyü digər ilkin şərtləri də yerinə yetirməklə, Türkiyə ilə münasibətlərin normallaşdırılmasından danışmağa davam edir.

"Ermənistan hakimiyyəti heç bir şərt qoymadan münasibətləri normallaşdırmağa hazır olduqlarını bəyan etsə də, Türkiyənin irəli sürdüyü 3 ilkin şərtdən ikisi artıq təmin olunub.

Birincisi, onlar öz imzaları ilə Qarabağın azad edilmiş ərazilərini təslim etdilər və Qarabağın Azərbaycanın bir hissəsi kimi tanımağa söz verdilər.

İkincisi, erməni soyqırımının tanınması və pislənməsi Ermənistanın xarici siyasət gündəmindən çıxarıldı.

Menua Soqomonyanın sözlərinə görə, Türkiyənin irəli sürdüyü üçüncü ilkin şərt yuxarıda qeyd olunan konstitusiya dəyişiklikləridir.Hafta.az