Şəfəqə Doğru » Gündəm » Rusiyada naməlum şəxslər sərnişinlərlə dolu vaqonu yandırdılar - FOTO/VİDEO

Rusiyada naməlum şəxslər sərnişinlərlə dolu vaqonu yandırdılar - FOTO/VİDEO

Rusiyada naməlum şəxslər sərnişinlərlə dolu vaqonu yandırdılar - FOTO/VİDEO
Rusiyada Novıy Urenqoy-Orenburq sərnişin qatarının vaqonunda yanğın baş verib.
 
 
 
 
Bu barədə Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
 
Bildirilir ki, yanğın barədə məlumat daxil olan kimi, vaqon qatardan ayrılıb və yanğının söndürülməsinə başlanılıb.

 

Hadisənin baş verdiyi vaqonda 19 nəfər olub. Onlar xəsarət almayıblar.
 
"Hazırda ərazidə hərəkət dayandırılıb. Hadisəyə ilkin səbəb olaraq qəsdən yandırılma göstərilir”, - deyə qurumdan bildirilib.
 
Hadisə yerinə əməliyyat-istintaq qrupu göndərilib. Faktla bağlı araşdırma aparılır.