Şəfəqə Doğru » Gündəm » Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlanıb

Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlanıb

Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlanıb
Gürcüstanda intensiv yağışlar səbəbindən Terek çayının daşması nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.Shafaqadogru.com  "Report"a istinadən xəbər verir ki, mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq Gürcüstan-Rusiya sərhədindəki "Kazbeqi" gömrük-keçid məntəqəsi də müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
 
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib ki, gömrük-keçid məntəqəsində bütün gömrük nəzarəti prosedurları dayandırılıb. Həmçinin fiziki şəxslərin də dövlət sərhədini keçməsi mümkünsüz olub.
 
Hava şəraiti yaxşılaşdıqdan və bərpa işləri başa çatdıqdan sonra "Kazbeqi" gömrük-keçid məntəqəsi əvvəlki kimi tam gücü ilə fəaliyyətini davam etdirəcək, sərnişinlərin hərəkəti və yüklərin daşınması problemsiz həyata keçiriləcək.
 
Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru və alternativi olmayan yoldur.