Şəfəqə Doğru » Gündəm » Rusiya daha iki ölkəni müharibə ilə hədələdi – “Əməliyyat başlasa, ilk hədəf…”

Rusiya daha iki ölkəni müharibə ilə hədələdi – “Əməliyyat başlasa, ilk hədəf…”

Rusiya daha iki ölkəni müharibə ilə hədələdi – “Əməliyyat başlasa, ilk hədəf…”

NATO bazalarının Rusiya ilə sərhəddə yerləşdirilməsi nə Finlandiya, nə də İsveçi qoruyacaq.

Shafaqadogru.com Teleqraf.com-a isdinadən  xəbər verir ki, bunu Finlandiyanın Rusiya yaxınlığında NATO bazası yerləşdirmək istəyinə cavab olaraq Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

"Bölgədə NATO bazalarının yerləşdirilməsi nə Finlandiya, nə də İsveçi müdafiə edəcək. Əksinə, bu, hərbi infrastrukturun yerləşəcəyi şəhərlərin sakinlərinə təhlükə yaradacaq”, – spiker vurğulayıb.

Volodin bildirib ki, bazaların bölgədə yerləşdirilməsi Finlandiyada təhlükəsizlik hissi yaratmayacaq və ölkəni müdafiə etməyəcək: "Əksinə, hərbi əməliyyatlar başlayanda qoşunlar ilk növbədə düşmənin hərbi infrastrukturuna zərbələr endirir”.

Bundan əvvəl Finlandiyanın Lappeenranta şəhərinin meri Kimmo Yravu Rusiya ilə həmsərhəd bölgə olan Cənubi Kareliyada NATO bazasının yerləşdirilməsini təklif edib. Buradan Rusiyanın Vıborq şəhərinə qədər olan məsafə 100 kilometrdən azdır.