Xəbər verdiyimiz kimi, Birmingemdə keçirilən ATƏT-in 29-cu Parlament Assambleyasındakı Ermənistan nümayəndə heyəti qətnamələrə Ermənistan və ya Qarabağla bağlı əlavələri daxil edə bilməyib.
Azərbaycan nümayəndə heyətindən Modern.az-a verilən məlumata görə, artıq hər kəs tərəfindən işğalçı olduqları bilinən və beynəlxalq təşkilatda küncə sıxılan Ermənistan nümayəndə heyətinin üzvləri ATƏT PA-nın sessiyasında qurumu təhqir etməyə başlayıblar.
Belə ki, Ermənistan nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan qəzəbli halda çıxış edib.
O, ATƏT-in yaratdığı Minsk Qrupunu dəstəkləmədiyinə, "Dağlıq Qarabağ münaqişəsi”, "hərbi əsirlər” və "humanitar” problemlərlə bağlı AŞPA və Avropa Parlamentinin 44 günlük müharibədən sonra qəbul etdiyi qətnamələri nəzərə almadığına görə ATƏT PA-nı qınayıb. Ermənistanın heç bir təklifinə səs verməyən Assambleya üzvlərinə "ayıb olsun” deyib.