Şəfəqə Doğru » Gündəm » Ünvanlı yardımın məbləği artırılıb - 347 manat olub

Ünvanlı yardımın məbləği artırılıb - 347 manat olub

Ünvanlı yardımın məbləği artırılıb - 347 manat olub

Azərbaycanda dövlət vəsaiti hesabına verilən ünvanlı sosial yardımın məbləği bu il 35 faiz artıb.

Shafaqadogru.com  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 90 manat artaraq 347 manata çatıb.

 
 
 

 

Qeyd edək ki, ünvanlı sosial yardım ehtiyac meyarı əsasında müəyyənləşdirilir. Bu il ehtiyac meyarının məbləği 170 manatdan 200 manata çatdırılıb ki, bunun sayəsində də ünvanlı yardımın məbləği yüksəlib.

Hazırda 40 min ailə üzrə 173 min nəfər ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunur.