Şəfəqə Doğru » Gündəm » "Qəti əminik ki, Putin üzərində ən çox təsirə malik olan odur..."- "Ona hər şey olar..."

"Qəti əminik ki, Putin üzərində ən çox təsirə malik olan odur..."- "Ona hər şey olar..."

"Qəti əminik ki, Putin üzərində ən çox təsirə malik olan odur..."- "Ona hər şey olar..."
Rusiya diktatoru Putinə ən böyük təsiri biznesmen və "Rossiya Bank”ın əsas səhmdarı Yuri Kovalçuk göstərə bilər.
Shafaqadogru.com "UNİAN"a istuinadla xəbər verir ki, bu barədə "Yukos” neft şirkətinin keçmiş rəhbərlərindən biri, Rusiya-İsrail iş adamı Leonid Nevzlin jurnalist Dmitri Qordona müsahibəsində danışıb.
 
Onun sözlərinə görə, Putin hazırda əksər qərarları özü verir, lakin bəzən Kovalçukun da daxil olduğu "çox dar bir dairə” ilə məsləhətləşir.
 
"Biz qəti şəkildə bilirik ki, Putin üzərində ən böyük təsirə Yuri Kovalçuk malikdir: həm şəxsi, həm də ideolojibaxımdan... Üstəlik, o, bərabərlər arasında bərabərdir. O, rütbə baxımından Putinin Sankt-Peterburqdan olan digər dostlarından bir az böyükdür. O, ən azı Putinlə tay-tuşdur"-deyə Nevzlin bildirib.
 
Nevzlinin fikrincə, Kovalçukun təsiri  "həm onun davranış modeli, həm də Rusiya Federasiyasında nəyi bacarıb, nəyi edə bilməyəcəyi ilə” müəyyən edilir.
 
"Əslində, ona hər şey olar”, - deyə yəhudi mənşəli biznesmen yekunlaşdırıb.
 
Qeyd edək ki, Nevzlin daha əvvəl Ukraynanın Rusiya üzərində qələbəsinin 2023-cü ildə "kifayət qədər real" olduğunu demiş,  lakin hər şeyin Qərb ölkələrinin özlərini necə aparmasından asılı olduğunu bildirmişdi...