Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya gedir.
Shafaqadogru.com xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyası açıqlayıb.
Bildirilib ki, avqustun 5-də Rusiyanın Soçi şəhərində o, Putinlə görüşəcək.
Məlumata görə, görüşdə tərəflər Ukrayna böhranı, taxıl ixracının davamlı xarakter alması və bölgədəki digər məsələri müzakirə edəcəklər.
Ərdoğan səfəröncəsi deyib ki, əgər Ukraynada savaş dayanacaqsa, bu, Türkiyənin böhranı yumşaltması istiqamətində atdığı addımların bəhrəsi olacaq.