Şəfəqə Doğru » Gündəm » İsrail Qəzzada məscidi vurdu...- 15 nəfər həlak oldu - 6-ı uşaqdır... - FOTOLAR

İsrail Qəzzada məscidi vurdu...- 15 nəfər həlak oldu - 6-ı uşaqdır... - FOTOLAR

İsrail Qəzzada məscidi vurdu...- 15 nəfər həlak oldu - 6-ı uşaqdır... - FOTOLAR
İsrail ordusunun son hücumları nəticəsində həlak olan Qəzza zolağı sakinlərinin sayı 41 nəfərə çatıb.
 
Shafaqadogru.com  xəbər verir ki, bu haqda "Fələstin rusca” telegram-kanalı məlumat yayıb. 
Məlumata görə, 311-dan çox fələstinli müxtəlif dərəcəli xəsarətlər alıb. Nəşr diqqəti ona yönəldir ki, qan tökülməsinin qurbanlarının böyük əksəriyyəti qadınlar, uşaqlar və qocalar da daxil olmaqla mülki şəxslərdir. Belə ki, həlak olanlardan 15-i uşaq, 4-ü qadındır.
Nəşr vurğulayır ki, zərbələrin hədəfi mülki obyektlərdir.
 
Belə ki, İsrail Hərbi Hava Qüvvələri Cəbəliyyədəki məscidə də hücum edib. Dağıntılar altında 6-sı uşaq olmaqla 15 nəfər həlak olub. Əvvəlcə hücum edən tərəf zərbəni fələstinli silahlıların guya məscidə sığınması və hərbçilərin hədəfinin onların olması ilə izah edib. Yalnız mülki şəxslərin, yəni uşaqların atəşin qurbanı olduğu məlum olanda yeni versiya irəli sürülüb.
Həmin versiyaya görə, guya "İslami Cihad" döyüşçülərinin özləri məscidə zərbələr endiriblər; atdıqları raketlərdən biri nasaz olub və məhz məbədin binasına düşüb. Lakin müşahidəçilər bu versiyanı da təkzib ediblər. Ekspertlərin fikrincə, fors-major hallar zamanı əhalinin sıx məskunlaşdığı Fələstin bölgələrində mümkün itkiləri istisna etmək üçün raket buraxılış məntəqələri müstəsna olaraq İsraillə sərhəddə cəmlənib. Buna görə də, hətta nasaz bir raket də Cəbəliyə fiziki olaraq düşə bilməz...