Şəfəqə Doğru » Gündəm » İndoneziya Putinlə Zelenskini görüşdürmək istəyir

İndoneziya Putinlə Zelenskini görüşdürmək istəyir

İndoneziya Putinlə Zelenskini görüşdürmək istəyir

İndoneziya hakimiyyəti Rusiya prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski arasında G20 sammiti çərçivəsində görüş keçirməkdə maraqlıdır.

"Ölkə.az" xəbər verir ki, bu barədə İndoneziyanın Moskvadakı səfiri Xose Tavares məlumat verib.

"İndoneziya lideri Coko Vidodo Rusiya və Ukrayna başçılarına çoxdan dəvət göndərib. Əgər onlar Balidə keçiriləcək G20 sammitində iştirak etsələr, o zaman, əlbəttə ki, görüş təşkil etmək imkanı olacaq. İndoneziya artıq hazırdır. Putin və Zelenski gəlsə , biz bunu istərdik”, - o,bildirib.

Qeyd edək ki, G20 sammiti noyabrın 15 və 16-da baş tutacaq.