Şəfəqə Doğru » Gündəm » Rusiyanın tərkibindəki dövlətlər müstəqil olmalıdır – Mişeldən SENSASİON TƏKLİF

Rusiyanın tərkibindəki dövlətlər müstəqil olmalıdır – Mişeldən SENSASİON TƏKLİF

Rusiyanın tərkibindəki dövlətlər müstəqil olmalıdır – Mişeldən SENSASİON TƏKLİF

"Rusiya öz tarixi ərzində müxtəlif əraziləri "Moskva və Sankt-Peterburq diktaturasına” tabe edib və ölkənin "dekolonizasiyasını” təklif edib”.

Shafaqadogru.com xəbər verir ki, bu barədə siyasi şərhçi Keysi Mişel "The Wall Street Journal” qəzetinə yazdığı məqalədə bildirib.

Material müəllifi Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Afrika mediası üçün yazdığı məqaləni xatırladıb və qeyd edib ki, Rusiya Qərb dövlətlərindən fərqli olaraq heç vaxt müstəmləkə ekspansiyasını həyata keçirməyib.

Publisistin fikrincə, ölkə eyni zamanda Avrasiyanı – Qafqazı, Krımı, Arktikanı, Volqadan Sakit Okeana qədər əraziləri müstəmləkələşdirərək Avropa imperiyaları kimi xaricdə deyil, quruda "müstəmləkəçilik kampaniyası” aparıb.

Mişel köşə yazısında vurğulayır: "Rusiya tam müstəmləkəsizləşdirilənə qədər qlobal sabitliyi və təhlükəsizliyi təhdid edəcək”.