Şəfəqə Doğru » Gündəm » Türkiyə Ermənistana başsağlığı verdi

Türkiyə Ermənistana başsağlığı verdi

Türkiyə Ermənistana başsağlığı verdi

Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç İrəvanda baş verən partlayışla əlaqədar Ermənistana başsağlığı verib.

 

Shafaqadogru.com xəbər verir ki, Serdar Kılıç bununla bağlı tvitter səhifəsində paylaşım edib.

 

"Partlayış nəticəsində xəsarət alanlara tezliklə sağalmalarını arzu edirəm. Partlayış xəbəri məni dərindən sarsıtdı. Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verirəm", - Türkiyə rəsmisi bildirib.

 

Xatırladaq ki, ötən gün "Surmalu” ticarət mərkəzində baş vermiş partlayış zamanı azı 6 nəfər ölüb, 17 nəfər itkin düşüb. Hadisə nəticəsində 61 nəfər isə yaralanıb.