Şəfəqə Doğru » Gündəm » ASTROLOJİ PROQNOZ – 19 SENTYABR

ASTROLOJİ PROQNOZ – 19 SENTYABR

ASTROLOJİ PROQNOZ – 19 SENTYABR

Qoç -  əyləncə və asudə vaxtın təşkilinə çəkilən xərcləri minimuma endirməyə çalışın. Günün ortası xırda ev işləri, mənzildə qayda yaratmaq üçün münasibdir.

 

Buğa - bu gün əlverişsiz tendensiyaların təsiri güclü olacaq. Amma məyus olmayın. Nə baş verməsindən asılı olmayaraq, vəziyyəti nəzarət altına almaq gücündəsiniz. Maliyyə məsələləri ehtiyat tələb edir. Hədər xərclərdən və düşünülməmiş bazarlıqlardan çəkinin.

 

Əkizlər - xeyriyyə aksiyalarında iştirak etmək, ehtiyacı olanlara əl tutmaq tövsiyə olunur. Başqalarına görə məsuliyyəti üzərinizə götürməyə, ailədə və ya dostların arasında liderə çevrilməyə hazır olun. Gün hüquqi məsələlərin həlli üçün münasibdir.

 

Xərçəng - bu gün əvvəlki ilə müqayisədə daha əlverişli və asandır. Siz işlərin öhdəsindən asanlıqla gələcək, qeyri-standart qərarlar qəbul edəcək və aldığınız informasiyadan düzgün istifadə edəcəksiniz. Son vaxtlar aldığınız həyat təcrübəsi faydalı olacaq. Ən ağıllı Xərçənglər başqalarının səhvlərindən öyrənəcəklər.

 

Şir - nə qədər güclü olsalar da, arzularınıza əsasən hərəkət etməyin. Bu gün sağlam düşüncə intuisiyadan yaxşı köməkçidir.

 

Qız - günü əlverişli hesab etmək olmaz. Amma ilk baxışdan göründüyü qədər də pis deyil. Yaxınlarınızla yaranan fikir ayrılıqlarına sakit yanaşın, diskussiyaları konstruktiv məcrada aparın. Əgər səmimi şəkildə istəsəniz, razılığa gəlmək olar. İri xərclər, planlaşdırılmamış böyük baxarlıqlar tövsiyə olunmur.

 

Tərəzi - bir çox Tərəzilər bu gün lazım olduğundan çox xərcləyirlər və bunun mümkün nəticəsi barədə düşünmürlər. Yeni tanışlarınızla yaxşı təəssürat yaratmağa çalışarkən ciddi səhvlərə yol verə bilərsiniz.

 

Əqrəb - xırda xoşagəlməzliklər, əhəmyyətsiz, amma çoxsaylı çətinliklər günüdür. Ətrafdakılar sizə pis heç nə etməyəcəklər. Amma inciməyə, hətta, kin saxlamağa bəhanə tapacaqsınız. Siz üzdə sülh və harmoniyaya can atsanız da, nəzakətsiz sözlərdən, bəzən isə sərt iradlardan istifadə edirsiniz.

 

Oxatan - əvvəlcədən tutduğunuz qrafikdən çıxmamağa çalışın, planlaşdırdığınız işləri təxirə salmayın. Xırda itkilər, əsassız xərclər mümkündür. Maliyyə məsələləri ilə məşğul olmaq, valyuta və xarici şirkətlərin qiymətli kağızlarını almaq tövsiyə olunmur.

 

Oğlaq - çətin, amma məhsuldar gündür. Siz məqsədə çatmaq üçün səy göstərməyə hazırsınız və əməyiniz hədər getməyəcək. Təşəbbüs göstərmək, ideya və planları bölüşmək, birbaşa və açıq danışmaq olar. Yeni tanışlar etibarınızı asanlıqla qazanacaq, yaxınlarınızla çətinlik çəkmədən dil tapacaqsınız.

 

Dolça - hətta, xırda problemlər də bəzən həlli qeyri-mümkün görünə, istənilən xırda şey sizi çıxılmaz vəziyyətə sala bilər. Yeni tanışlıqlar üçün münasib gün deyil. Tənhalıqda özünüzü heç həmişə rahat hiss etməyəcəksiniz, xoşagəlməz fikirlərə yeniləcəksiniz.

 

Balıqlar - sakitliyi qorumaq çətindir. Tərəzilər emosiya ilə hərəkət edəcək, xeyli artıq şey danışacaq, sonradan peşman olacaqları hərəkətlərə yol verəcəklər. Yaxınlarla münasibətlər korlanacaq. Düşünmədən verdiyiniz sözləri unudacaq və istənilən tənqidə çox ağrılı reaksiya verəcəksiniz.