Rusiyada parlament seçkilərində bülletenlərin 80 faizi hesablanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Nəticələrə əsasən "Vahid Rusiya” 54,28%, Kommunist Partiyası 13,61%, Liberal-Demokrat Partiyası 13,37%, "Ədalətli Rusiya” Partiyası isə 6,17% səs toplayıb.
Digər 10 siyasi partiya 5%-lik minimum həddi aşa bilməyib. "Rusiya Kommunistləri” 2,40%, "Yabloko” 1, 77 %, Təqaüdçü və ədalət naminə partiya 1,75%, "Vətən” partiyası isə 1, 42 % toplayıb.
Qed edək ki, "Vahid Rusiya” partiyası 225 birmandatlı dairələrdən 203-də liderliyi qoruyub saxlayır.