Rusiyanın Fövqəladə Hallar Naziriliyinə (FHN) məxsus Mi-8 helikopteri Moskva vilayətində qəzaya uğrayıb, üç ekipaj üzvü həlak olub.
Bu barədə TASS nəşrinə regionun hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, Mi-8 helikopteri Lyubertsı rayonu, Oktyabrsk qəsəbəsi yaxınlığında qəzaya uğrayıb.
Məlumata görə, helikopter təlim uçuşunu yerinə yetirirmiş. Hadisə yerinə xilasedicilər cəlb olunub.
Hazırda hadisənin səbəbləri araşdırılır.