Şəfəqə Doğru » Gündəm » Baş redaktor məhkəməyə verildi

Baş redaktor məhkəməyə verildi

Baş redaktor məhkəməyə verildi


Qazaxda  jurnalist,"Şəfəqə Doğru” qəzetinin baş redaktoru Neymət Novruzov   haqqında rayonda  yerləşən "Avey” Dövlət Qoruğunun müdiri  Səadət Əliyeva  tərəfindən məhkəməyə ərizə ilə müraciət edilib. Qoruq müdiri S.Əliyeva  ərizəsində  N.Novruzovun Daş Salahlı kəndində yerləşən ,"Damcılı Bulağı” adlanan  istirahət  mərkəzi haqqında  yazdığı araşdırma-yazılarında  onun təhqir olunduğunu, şərəf və ləyaqətinin alçaldıldığını iddia  edib

"Şəfəqə Doğru” qəzetində və "shafaqadogru.com” saytında  "Damcılı Bulağı” istirahət  mərkəzi haqqında  dəfələrlə araşdırma-yazılar  dərc olunub.Yazılarda  sözügedən istirahət mərkəzində son vaxtlar  artan  neqativ   hallardan və bu vəziyyətlə bağlı yerli sakinlərin şikayətlərindən söz açılıb.Qoruq rəhbərliyinin  istirahət  mərkəzinə  gələnlərdən qeyri-qanuni şəkildə pul tələb etməsi və digər qanunsuzluqlara imkan verilməsi ictimailəşdirilib.Nəticədə isə qoruğun müdiri S.Əliyeva  məmurluq  statusundan  "yararlanaraq ",  qəzetinin  baş redaktorunu məhkəməyə verməklə  azad sözü susdurmağa  çalışır.

 Məhkəmənin davamı təkirar  mart ayının 29-da Bakı  şəhər  Yasamal rayon məhkəməsi binasında baş tutacaq.