Şəfəqə Doğru » Gündəm » Azərbaycanda körpə diri-diri yandı, həkim ona baxmaqdan imtina etdi - FOTO

Azərbaycanda körpə diri-diri yandı, həkim ona baxmaqdan imtina etdi - FOTO

Azərbaycanda körpə diri-diri yandı, həkim ona baxmaqdan imtina etdi - FOTO
Şəkildə gördüynüz uşağın 1 yaşı var. Tovuz rayon Aşiğalillar kəndindəndir. Dünən səhər ehtiyatsızlıq üzündən qaynar su tökülərək, uşağın əl və ayağı tamamiilə yanıb.Shafaqadogru.com  Criminal.az saytına istinadən  xəbər verir ki, uşaq dərhal mərkəzi Tovuz rayon xəstəxanasina çatdırılsa da, həkimlər ona baxmaqdan imtina edib.

Fəxrəddin adlı həkim isə onun yaxınlarını ağır söyüşlərlə təhqir edib. Həkim uşağın qoca nənəsini itələyib və xəsarət yetrib. Tovuz rayon mərkəzi xəstəxanasının baş həkimi ilə əlaqə saxlamağa çalişdıq. Məlum oldu ki, baş həkim işdə deyil, öz müalicəsi ilə bağli Ukraynaya müalicəyə gedib. Xəstənin yaxınları bildiriblər ki, həkim Fəxrəddin isə uşağı müalicədən imtina edib, deyib ki, kimə istəyirlər şikayət etsinlər: "Hal-hazırda uşaq ev şəraitində ağrikəsicilərlə müalicə alır, xəstənin Bakiya gətirilməsi üçün qohum-qonşudan pul yığilır".

Xatırladaq ki, Tovuz rayon Mərkəzi Xəstəxanasında 1 yaşlı körpənin başına gətirilənlər bir neçə il əvvə başqa bir uşağa da edilmişdi. Bütün bədəni yanan uşağavalideynlərinin imkanı olmadığından baxılmamış, yanmış dəri artıq iy verməyə başlamışdı. Həmin vaxt xəstəxana rəhbərliyi xəstənin heç bir problemi olmadığını desə də, məsələ mediada işıqlandırıldıqdan sonra hər şeyin üstü açılmış, yanan uşaq Bakıya gətirilmişdi.