Şəfəqə Doğru » Gündəm » Xəzər dənizində su azalır-FOTO

Xəzər dənizində su azalır-FOTO

Xəzər dənizində su azalır-FOTO

Xəzər dənizinin Qazaxıstan hissəsində lentə alınan qorxunc görüntülər yayılıb.

 

Video qazaxıstanlı bloger tərəfindən çəkilib.

 

Videoda dənizin həddindən artıq dayazlaşdığı görünür. Kadrların Qazaxıstanın Xəzər sahilində yerləşən Manqiştau bölgəsində çəkildiyi bildirilir.

 

Ekspertlər qeyd edir ki, qlobal iqlim dəyişikliyi ilə əlaqədar Xəzər dənizi sürətlə dayazlaşır. 2005-ci ildən Xəzərdə suyun səviyyəsi bir metr yarım aşağı düşüb. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi bütün Xəzəryanı ölkələr üçün böyük ekoloji problem yarada bilər.

 

Qazaxıstanın "Zakon.kz" nəşri yazır ki, 2019-2020-ci illərdə dayazlaşma prosesi sürətlənib: “Dəniz çox sürətlə geri çəkilib. İstirahət edən şəxslərin suya girdikləri körpülər indi tamamilə qurudadır”.

 

Qazaxıstan alimləri dayazlaşmanın əsas səbəbi kimi yağıntıların azalmasını göstərirlər. Bundan əlavə, Volqaya axan kiçik çaylar da artıq əvvəlki kimi sulu deyil.