Sosial şəbəkələrdə Sumqayıtda müəllimin şagirdləri qamçı ilə döyməsini əks etdirən video görüntülər geniş yayılıb. Məlumata görə, hadisə şəhərdə yerləşən “Xəmsə” Tədris Mərkəzində baş verib.
Yayılan görüntülərdə Elşad adlı müəllimin şagirdləri qamçı ilə döyərək şiddət göstərdiyi əks olunub.
Məsələ ilə bağlı sözügedən tədris mərkəzi ilə əlaqə saxlanılaraq münasibət öyrənilib.
Mərkəzin Sumqayıt filialının direktor əvəzi Amaliya Əliyeva bildirdi ki, həmin müəllim artıq orada çalışmır: “Elşad Qurbanov pandemiya dövründə bizim tədris müəssisəmizdə icarəyə otaq götürüb riyaziyyat fənnindən dərs deyirdi. Hadisə də o vaxt olub, amma görüntülər indi yayılıb. Müəllimin dərsləri artıq bitib və bizim müəssisədə çalışmır. Bu videogörüntüləri gördükdən sonra onunla danışdıq və artıq sentyabr ayında ona yenidən otaq verə bilməyəcəyimizi də bildirdik”// qafqazinfo