Xuliqanlıq əməlində ittiham edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Əlizamin Salayevə hökm oxunub.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirilir ki, həbsinə etiraz olaraq Ə.Salayev 3 aydan çoxdur ki, aclıq aksiyası keçirir.
Qeyd edək ki, Əlizamin Salayev fevralın 7-də saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə (xuliqanlıq - silah və ya silah qisminə əşya tətbiq etməklə) cinayət işi başlanılıb.