Şəfəqə Doğru » Gündəm » Bayraq Meydanında avtoşluq edən şəxs saxlanılıb

Bayraq Meydanında avtoşluq edən şəxs saxlanılıb

Bayraq Meydanında avtoşluq edən şəxs saxlanılıb
Səbail rayonu, Bayraq Meydanında avtoşluq edən şəxs saxlanılıb. 
 1994-cü il təvəllüdlü, Biləsuvar  rayon  sakini (ad gizli saxlanılıb) Bayraq Meydanında idarə etdiyi "BMW 428” markalı, TH dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtülməsi nəticəsində səslərin çıxarılmasına səbəb olan hərəkətlər edib(qaynarinfo). 

Hadisə yerinə Səbail rayon DYPŞ Yol patrul xidmətinin əməkdaşları cəlb edilib. Sürücü   saxlanılaraq barəsində protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə, sürücü İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 manat cərimə təyin olunub.