Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəsinin Avrasiya İqtisadi İttifaqına daxil olmaq təklifini şərh edib.
TASS-a istinadən yayılan xəbərdə bildirilir ki, o qeyd edib ki, Qazaxıstanın İttifaqa qoşulmasına ehtiyac yoxdur.
"Lukaşenko Qazaxıstana İttifaqa daxil olmağı təklif edib. Mən onun zarafatını yüksək qiymətləndirdim. Hesab edirəm ki, buna ehtiyac yoxdur. Çünki Avrasiya İqtisadi İttifaqından əlavə, digər birliklər var" – deyə Tokayev qeyd edib //cebhe info