Şəfəqə Doğru » Gündəm » Sədərək sakinləri sərhəddə zavod tikilməsinə etiraz edirlər

Sədərək sakinləri sərhəddə zavod tikilməsinə etiraz edirlər

Sədərək  sakinləri sərhəddə zavod  tikilməsinə etiraz  edirlər

Ermənistanın Naxçıvanla sərhəddə iri metallurgiya zavodu tikməyə hazırlaşması Sədərək rayonunun sakinlərinin ciddi narahatlığına səbəb olub. 

Bununla bağlı Naxçıvan Televiziyası süjet hazırlayıb. 

Sakinlərin sözlərinə görə, zavodun inşası ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Zavodun yerləşəcəyi Arazdəyən kəndi Araz çayının kənarında olduğundan, zavoddan çıxan tullantılar çaya axıdılacaq. 

Sakinlər bunu Ermənistanın növbəti ekoloji cinayəti hesab edirlər // qafqazinfo