Şəfəqə Doğru » Gündəm » Özbəkistanda TDT təhsil nazirlərinin iclası keçirilir

Özbəkistanda TDT təhsil nazirlərinin iclası keçirilir

Özbəkistanda TDT təhsil nazirlərinin iclası keçirilir

Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) təhsil nazirlərinin növbəti iclası keçirilir.

Bu barədə TDT-dən bildirilib.

Qeyd olunub ki, bu, TDT təhsil nazirlərinin 7-ci iclasıdır.

Tədbirə Özbəkistan Təhsil Nazirliyi ev sahibliyi edir.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.