"Azərbaycan Kəşmir məsələsində Pakistanı hər zaman dəstəkləyib və bu dəstək davam edəcək"
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib.
Bu dəstəyin bütün beynəlxalq təşkilatlarda davam etdirildiyini söyləyən dövlət başçısı vurğulayıb ki, qarşılıqlı dəstək xalqlarımızı daha da yaxınlaşdırır // modern.az