DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən xəbərə görə, yol polisi əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq, avtomobilə konstruksiya dəyişikliyi edərək yol hərəkəti qaydalarını nümayişkaranə şəkildə pozduqları, digər hərəkət iştirakçılarına təhlükə yaratdıqları aşkarlanıb:
“Sözügedən şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb. Həmin şəxslərdən bir neçəsinin daha əvvəl də anoloji inzibati xəta törədərək məsuliyyətə cəlb olunduğu müəyən edilib. Nəqliyyat vasitələrini idarə edən şəxslərin əksəriyyətinin Vətən Müharibəsi iştirakçıları, qazilər olması isə təəssüf doğuran haldır.”-deyə məlumatda qeyd olunub.
Saxlanılan sürücülərə eyni əmələ görə dəfələrlə xəbərdarlıq edilib // modern.az