Tanınmış iqtisadçı, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) və Demokratik Qüvvələrin Milli Şurasından istefa verib.
V.Məhərrəmli bu barədə feysbuk səhifəsində paylaşım edib.
"Əziz dostlar, bu gündən AXCP və Milli Şura üzvlüyündən istefa verirəm. Heç şübhəsiz ki, bu gündən sonra da ölkədə baş verən haqsızlığa, ədalətsizliyə qarşı mübarizəmi davam etdirəcəm", - o qeyd edib.