“Biz qərargahdayıq. Rostovun hərbi obyektləri, o cümlədən aerodrom nəzarətimiz altındadır”.
Bu barədə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin teleqramda yaydığı videomüraciətdə bildirib.
“Biz bunu ona görə etdik ki, hücum aviasiyası bizə deyil, ukraynalılara zərbələr endirsin”, - o deyib.
Priqojin qeyd edib ki, özəl hərbi şirkətin fəaliyyəti Rusiyanın Ukrayna ilə müharibə aparmasına mane olmur // qafqazinfo