Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”sində dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, DGK sədrinin 2 birinci müavini vəzifəsindən biri, 4 müavini vəzifəsindən də biri olmaqla, iki müavin vəzifəsi ləğv edilib.
Qeyd edək ki, hazırda DGK sədrinin 2 birinci müavin vəzifəsinin hər ikisi boşdur, həmçinin bir müavin vəzifəsi də vokantdır.
Belə ki, DGK sədri Şahin Bağırovun hazırda 3 müavini var – Bəhruz Quliyev, Natiq Şirinov və Cavad Qasımov.
Fərmandan sonra DGK sədrinin yalnız bir – birinci müavin vəzifəsi boşdur// axar.az