Şəfəqə Doğru » Gündəm » "Qərb Rusiyadakı qiyama dəstək verməyib"-Bayden açıqlama verib

"Qərb Rusiyadakı qiyama dəstək verməyib"-Bayden açıqlama verib

"Qərb Rusiyadakı qiyama   dəstək verməyib"-Bayden açıqlama verib

ABŞ prezidenti Joe Bayden dünənki çıxışında Rusiyada  baş vermiş "VAQNER qiyamı" haqqında danışıb. 

O  bildirib ki, bəzi iddiaların əksinə, qərbin bu hadisədə heç bir  iştirakı olmayıb. NATO-nu nəzərdə tutaraq "Bizim bu hadisələrə heç bir aidiyyətimiz yoxdur" deyən prezident Bayden, olanları Rusiyanın daxili məsələsi adlandırıb. O, əmin edib ki, amerikalılar və onların müttəfiqləri  (Rusiya prezidenti Vladimir Putinə) Qərbi ittiham etmək və NATO-nu ittiham etmək üçün heç bir bəhanə vermək istəmirlər .

rfi.fr

(tərcümə Nicat Novruzov)