ABŞ prezidenti Joe Bayden dünənki çıxışında Rusiyada baş vermiş "VAQNER qiyamı" haqqında danışıb.
O bildirib ki, bəzi iddiaların əksinə, qərbin bu hadisədə heç bir iştirakı olmayıb. NATO-nu nəzərdə tutaraq "Bizim bu hadisələrə heç bir aidiyyətimiz yoxdur" deyən prezident Bayden, olanları Rusiyanın daxili məsələsi adlandırıb. O, əmin edib ki, amerikalılar və onların müttəfiqləri (Rusiya prezidenti Vladimir Putinə) Qərbi ittiham etmək və NATO-nu ittiham etmək üçün heç bir bəhanə vermək istəmirlər .
rfi.fr
(tərcümə Nicat Novruzov)