Kosovanın şimalında yerləşən Trude kəndində (Kosovo) yerli polis Serbiya prezidenti Aleksandr Vuçiçin oğlu Danilo Vuçiçin olduğu avtomobili saxlayıb.
Bu barədə Kosovonun “Koha” qəzeti yazıb.
Qeyd olunur ki, Danilo Vuçiçdən üzərindəko “Təslim olmaq seçim deyil” yazılmış köynəyini çıxarmağı tələb ediblər.
Qəzetin məlumatına görə, Danilo Vuçiç Vidovdan bayramı (Serbiyada əsas bayram) münasibətilə Qraçanica monastırına yollanırmış. Qəzet saxlandığı yerdən foto və video yayımlayıb. Görüntülərdə Vuçiçin orada dayandığı vaxt polis əməkdaşlarının avtomobili yoxladığı görünür / / modern.az