İsveç hökuməti Stokholmun əsas məscidi yaxınlığında Quranın yandırılmasını pisləyib, onu islamofob akt adlandırıb.
AFP agentliyinə istinadən yayılan xəbərdə bildirilir ki, bu barədə ölkə XİN-i bəyanat yayıb.
“İsveç hökuməti İsveçdəki nümayişlərdə fərdlər tərəfindən edilən islamofob aktlar müsəlmanlar üçün təhqiramiz ola biləcəyini tamamilə başa düşür”, - bəyanatda qeyd olunub.
“İsveç hökumətinin fikirlərini heç bir şəkildə əks etdirməyən bu hərəkətləri qətiyyətlə pisləyirik”, - XİN-dən bildirilib.
Xarici İşlər Nazirliyinin bəyanatı Səudiyyə Ərəbistanında yerləşən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 57 üzv ölkəsini Quranın təhqirinə qarşı hərəkətə keçməyə çağırmasından sonra verilib.
Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində Quran yandırılıb.