2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın Qazaxıstana ixracı 60 milyon 180 min dollar təşkil edib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin ilk 6 ayı ilə müqayisədə 2.6 dəfə və ya 36 milyon 956 min dollar çoxdur. 2022-ci ilin müvafiq dövründə Azərbaycandan Qazaxıstana 23 milyon 224 min dollar dəyərində məhsul ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə Qazaxıstandan Azərbaycana idxal edilən məhsulun dəyəri illik müqayisədə 48% azalaraq 157 milyon 970 min dollara bərabər olub.
Cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Qazaxıstanla ticarətin payı 0.83% təşkil edib.