Bakı Apellyasiya Məhkəməsində Şağan Olimpiya İdman Kompleksində qətl törətməkdə təqsirləndirilən Ruslan Səfixanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Shafaqadogru.com "Pravda.az"a istinadən bildirir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfixanov 19 il müddətinə azadlıqdan məhrum olunub.
Xatırlatma: Hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü R.Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü T.Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. R.Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.