Qazaxda yaşayan jurnalist, "Şəfəqə Doğru" qəzeti və eyni adlı saytın baş redaktoru Neymət Novruzlu haqqında polisə şikayət verilib. Ardınca, jurnalist izahat yazması üçün, qeyri -rəsmi formada polis bölməsinə çağrılıb. Bu haqda o bu gün redaksiyamızda açıqlama verib. Açıqlamasında jurnalist bildirir:
"Bu gün saat on radələrində mənim telefonuma tanımadıgım bir nömrədən zəng gəldl və mənə amiranə şəkildə polis şöbəsinə gələrək, ifadə verməli oldugumu söylədi. Mən ondan kim olduğunu,mənim kim olduğumu bilib-bilmədiyini və nə səbəbə onun yanına gəlməli oldugumu soruşdum. Zəng edən şəxs adının Əfqan olduğunu bildirərək, "mən Kosalar kəndinin uçaskovusuyam, sən bu kəndin sakini Cəmil adında birinə zəng edib, hədə qorxu gəlmisən" dedi. Mən isə cavabımda "Əfqan müəllim mən "Şəfəqə dogru"qəzetinin baş redaktoru Neymət Novruzluyam və əgər polis şöbəsinə gəlməliyəmsə,yəqin ki,Qazax RPŞ - dən bu haqda çagırış vərəqəsi göndərilər, mən də gəlib polis bolməsində izahatımı verərəm" dedim. Sahə rəisi Əfqan "onda mən yanınıza gəlib ifadənizi alaram" deyərək, telefonu söndürdü.
Deməli , polis sahə müfəttişi öncə şikayətçidən ifadəsini alıb işin içini bilmədən,bir qəzetin baş redaktorundan araşdırma apardığına görə izahat tələb edir?
Qanunlarını kobudcasına pozaraq, əsli bilinməyən hansısa yollarla, ucuz qiymətə hektarlarla torpaq ərazini ələ keçirən, adları "nəsli kəsilməkdə olan bitkilər" siyahısına düşmüş ulqun və yovşan bitkilərinin olduğu əraziləri əkdirərək qazanc əldə etməyə çalışan bir fermerin çığır-bağırına görə jurnalistin iş fəaliyyətinə maneələr yaradılır?
Bu cür qaranlıq biznes maxenasiyalarının araşdırılması kimlərinsə mənafeyinə düz gəlmədiyi üçün araşdırılmasına imkan yaratmaq yerinə, əksinə , jurnalistin üzərinə təzyiqlə gedilir?
Uzun müddətdir rayonda jurnalistika fəaliyyəti ilə məşğul olan Neymət Novruzlu heç bir təzyiq və maneələrə görə araşdırmalarını dayandırmayacağını, yuxarıda göstərilən və buna bənzər bütün biznez çarxlarının aşkara çıxması üçün təşəbbüslərini davam etdirəcəyini bildirib.
Şəfəqədoğru.com