Şəfəqə Doğru » Gündəm » Qaxda kənd sakini ayı hücumuna məruz qalıb

Qaxda kənd sakini ayı hücumuna məruz qalıb

Qaxda kənd sakini ayı hücumuna məruz qalıb

Qax sakini ayı hücumuna məruz qalıb.

Hadisə rayonun Sarıbaş kəndində, dağlıq ərazidə baş verib.

Belə ki, kənd sakini Fəxri Şahmiddin oğlu Babayev çobanlara atla ərzaq apararkən ayı hücumuna məruz qalıb. Ayı Fəxri Babayevə hücum edərək onun ayaqlarını dişləyib. Özünü itirməyən F. Babayev ayını qorxuda bilib və ayı ərazidən qaçaraq uzaqlaşıb// qafqazinfo