Şəfəqə Doğru » Gündəm » Naxçıvanda ƏMƏLİYYAT: saxta dollar gətirən dəstə tutuldu

Naxçıvanda ƏMƏLİYYAT: saxta dollar gətirən dəstə tutuldu

Naxçıvanda ƏMƏLİYYAT: saxta dollar gətirən dəstə tutuldu

Daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri keçirib. Naxçıvan Muxtar Respublikası DİN-nin mərbuat xidmətindən Lent.az-a verilən məlumata görə, keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərzisinə saxta dollar əskinaslarını gizli yollarla gətirən dəstə zərərsizləşdirilib. Həmin şəxslər saxlanılan zaman onların üzərindən 10 000 (on min) saxta ABŞ dolları götürülərək istintaqa təqdim edilib. Dəstənin digər üzvlərinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.