Fransada yaşayan 52 yaşlı qadın müştəri hesabında kifayət qədər pul olmadığını anladıqdan sonra Nanterre şəhərindəki Societe Generale bank filialını yandırmağa cəhd edib.
Xarici mediaya (Le Parisien) istinadən yayılan məlumata görə, qadın müştəri öz bank hesabından nağd pul çıxarmağa çalışsa da, bank işçisi ona hesabında pul olmadığını bildirib. Bundan əsəbiləşən müştəri özüylə gətirdiyi yanıcı maddəni alışıraraq binanın içərisində koridora atıb.
Hadisə ilə əlaqəli video sosial şəbəkələrdə yayılıb. Məlumata görə hadisəni törədən qadın bu əməlindən sonra qaçmağa cəhd etməyib və yaxınlıqdakı polis ekipajının hadisə yerinə gəlməsiylə nəzarət altına alınıb.