Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyənin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
***
Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub.
Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.
Sonra xatirə şəkli çəkdirilib.
Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb (qafqazinfo).