Şəfəqə Doğru » Gündəm » “Cinayət tərkibli əməldən asılı olaraq zəruri tədbirlər görüləcək"

“Cinayət tərkibli əməldən asılı olaraq zəruri tədbirlər görüləcək"

“Cinayət tərkibli əməldən asılı olaraq zəruri tədbirlər görüləcək"

İslah müəssisəsinə yerləşdirilməsi mümkündürmü?

“Cinayət tərkibli əməldən asılı olaraq zəruri tədbirlər görüləcək".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüququ şöbəsinin müdiri Taliyə İbrahimova qurumun rəsmi feysbuk səhifəsində canlı yayım zamanı deyib. 


O, bullinq hadisəsi zamanı davranışında cinayət əməlləri olan yeniyetmələrin islah müəssisələrinə yerləşdirilməsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, cinayət törədən yeniyetmələrin yetkinlik yaşına çatmayanların islah müəssisəsinə yerləşdirilməsi bir qədər fərqlidir.

Taliyə İbrahimova qanunvericilikdə bu məsələlərin cinayət tərkibindən asılı olaraq dəyişdiyjni vurğulayıb:

“Cinayət törətmiş yeniyetmədən fərqli olaraq bu kimi hallarda daha humanist addımlar seçilməsinə üstünlük verilir. Düzdür, hər bir şəxs dərk etməlidir ki, artıq 16 yaşında cinayət məsuliyyəti yaranır. Lakin yetkinlik yaşına çatmayan şəxslərin inkişaf dövründə olduğu nəzərə alınaraq, onlar barəsində daha çox profilaktik və tərbiyəedici tədbirlərin seçilməsinə üstünlük verilir. Bütün hallarda araşdırmaların, toplanan materialların yekun nəticələri əsasında müvafiq tədbirlər görüləcək” (herbiand.az )